13:16 19-06-2020
news_image
181
FUTBOL

19, 17, 11, 1 – Azərbaycan klubları Avropa səhnəsində

Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan “Sumqayıt” tarixində ilk dəfə avrokuboklarda oynamaq hüququ qazanıb.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Gənclik şəhəri” təmsilçisi Azərbaycanın avrokuboklarda 20-ci klubu olacaq.

Bunadək 19 komandamız qitə səhnəsinə çıxdığından sumqayıtlılar ikinci “onluğ”u qapayıb.

Digər klublarımız isə dəfələrlə oynadığı avrokuboklarda növbəti dəfə qüvvəsini sınayacaq. Ardıcıl olmaqla tarixində 7-ci dəfə Çempionlar Liqasında oynayacaq “Qarabağ” ümumilikdə 17-ci mövsümdür avrokubok həyəcanı yaşayacaq. Ağdamlılar 8-ci dəfə ardıcıl ölkəmizi qitədə təmsil edəcək.

Bu göstəridə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 19-cu dəfə avrokubokda oynayacaq. Ardıcıl 3-cü dəfə Avropa Liqasında çıxış edəcək təmsilçimiz 11-ci dəfə bu turnirdə qüvvəsini sınayacaq.

Bir ildən sonra avrokuboklara qayıdan “Keşlə” tarixində 11-ci dəfə məsul sınağa çıxacaq. Bakılılar 8-ci dəfə Avropa Liqasında mübarizəyə başlayacaq.