14:03 19-06-2020
news_image
123
FUTBOL

Daha 2 ayrılıq - “Sabah”da

“Sabah” klubunda növbəti ayrılıqlar rəsmiləşib.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Bakı təmsilçisi iki futbolçusu ilə vidalaşıb.

Bunlar müdafiəçi Kərim Diniyev və yarımmüdafiəçi Vadim Abdullayevdir. Məşqçilər korpusu müqavilə müddəti başa çatan oyunçularla əməkdaşlıqda maraqlı olmadığından, Kərim və Vadim azad agent statusuna yiyələniblər.

Qeyd edək ki, “Sabah” buna qədər karyerasını bitirən Marko Deviçlə sağollaşıb.