17:58 19-06-2020
news_image
238
FUTBOL

Müqaviləni yeniləməkdən imtina etdi - Leroy Sane

Almaniya millisinin futbolçusu Leroy Sane şərəfini qoruduğu İngiltərənin “Mançester Siti” klubu ilə müqaviləni yeniləməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola təsdiqləyib.

Alman vinger özünü yeni komandada sınamaq istəyir. Lakin Sane daha bir il indiki klubunda çıxış edəcək. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Leroyu heyətinə qatmağa əsas namizəd “Bavariya”dır. Almaniya futbolunun lideri hələ 2019-cu ildən Saneni heyətində görmək istəyir.