18:01 19-06-2020
news_image
461
FUTBOL

Daha bir ayrılıq - "Neftçi"də

“Neftçi”də ayrılıqlar davam edir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu gün ərzində 3-cü ayrılığı açıqlayıb.

Tural Axundov və Soni Mustivardan sonra hücumameyilli yarımmüdafiəçi Vangelis Platellas da “flaqman”ı tərk edib. Klub rəhbərliyi müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub. Yunanıstanlı futbolçu “ağ-qaralar”ın formasını geyindiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Qeyd edək ki, buna qədər müdafiəçi Vild-Donald Gerye “Neftçi”dən ayrılmışdı. Hücumçu Baqali Dabo isə iyulun 1-dən azad agent statusu daşıyacaq.