00:49 20-06-2020
news_image
120
FUTBOL

"Barselona"nın müdafiəçisini istəyir - "İnter"

"Barselona"nın müdafiəçisi Junior Firpo karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "İnter" 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.

"Neradzurra" mövsümün sonunda müdafiənin sol cinahını məhz Firpo ilə gücləndirmək niyyətindədir. A seriyası təmsilçisi bu keçid müqabilində qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. La Liqa klubu da əsas heyətə düşə bilməyən dominikanlı futbolçusunu satmağın əleyhinə deyil.

Qeyd edək ki, Junior Firpo bu mövsüm 19 oyunda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.