01:29 20-06-2020
news_image

Bütün rəqiblərinə qalib gəldi - Mariya Stadnik

UWW-nin qadın güləşi üzrə keçirdiyi fantasy çempionatı başa çatıb. 

Apasport.az saytının məlumatına görə, səsvermə ilə müəyyənləşən mübarizənin qalibi yığmamızın üzvü, dəfələrlə dünya və Avropa çempionu, Olimpiadanın 3 qat mükafatçısı Mariya Stadnik olub. 

Qadın güləşinin canlı əfsanəsi bütün rəqiblərinə böyük səs fərqiylə qalib gələrək çempion adına yiyələnib. 

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdanidən az səs toplamışdı.