10:07 20-06-2020
news_image
140
FUTBOL

“Liverpul”un rekordunu təkrarladı – “Mançester Yunayted”

İngiltərə Premyer Liqasının XXX turu “Mançester Yunayted” üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Ole-Qunnar Sulşerin yetirmələri tarixində ilk dəfə “Tottenhem” stadionunda qol sevinci yaşayıb.

Bununla da Mançester təmsilçisinin Premyer Liqada qol vurduğu stadionların sayı 59-a çatıb. Londonda “Tottenhem”in qonağı olan komanda bunadək 58 arenada fərqlənmişdi.

Beləliklə, “Mançester Yunayted” Premyer Liqa tarixində oyunların keçirdildiyi bütün stadionlarda qol vurub. İndiyədək buna yalnız “Liverpul” nail olub.