10:29 20-06-2020
news_image
166
TOP OYUNLARI

Azərbaycan millisinin qatılacağı Avropa çempionatının loqosu açıqlandı

Voleybol üzrə Avropa çempionatlarının loqoları təqdim olunub.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə baş tutacaq kişilər və qadınlar arasında yarışların rəmzlərini nümayiş etdirib.

Tarixdə ilk dəfə çempionatlar 8 ölkədə təşkil olunacaq. 4 ölkə kişilərin, 4 ölkə qadınların yarışına ev sahibliyi edəcək.

Kişilər Polşa, Çexiya, Estoniya və Finlandiyada qüvvəsini sınayacaq. Azərbaycan milisinin birbaşa final mərhələsinə qatılacağı qadınların yarışı isə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq.