12:22 20-06-2020
news_image
134
FUTBOL

“Qalatasaray”la “Fənərbaxça”nın ortaq istəyi – “Sassuolo”da

İtaliyanın “Sassuolo” klubunun futbolçusu Mert Muldur karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində İstanbul təmsilçiləri maraqlıdır.

“Qalatasaray” və “Fənərbaxça” sağ cinah müdafiəçisini bu yay heyətinə qatmaq istəyir. Türkiyəlilər 21 yaşlı oyunçunu icarəyə götürməklə bağlı danışıqlara da start verib. Klublar futbolçunun meneceri ilə danışıqlar aparır.

Qeyd edək ki, Mert cari mövsüm A seriyasında 12 oyun keçirib.