14:16 20-06-2020
news_image
99
FUTBOL

2,5 illik diskvalifikasiya – korrupsiya təklifi alan hakim

Venesuelalı tennis hakimi Armando Alfonso Belardi Qonsales cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə Tennis Integrity Unit (TİU) antikorrupsiya strukturu verib.

Hakim 2018-ci ildə korrupsiya sxeminə qoşulmaq təklifi almasını gizlədib. O, oyunların nəticəsini manipulyasiya etməklə bağlı iki dəfə təklif alıb. Veneseuelalı həm də araşdırmalar zamanı TİU ilə əməkdaşlıq etməyib.

Bu səbəbdən də Qonsales 2,5 illik diskvalifikasiya olunub. Hakimə 5 min dollar cərimə də kəsilib. Lakin gələcəkdə qayda pozuntusuna yol verməyəcəyi halda 4 min dolları ödəməyəcək.