15:48 20-06-2020
news_image
188
FUTBOL

Hedira mövsümü bitirdi

İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Hedira zədələnib.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi üçün cari mövsüm başa çatıb.

Ən azı iki aylıq sıradan çıxan futbolçu yalnız növbəti mövsüm meydana çıxa biləcək. Turin klubu isə yayda onu satmaq niyyətindədir. Buna səbəb onun maaşının yüksək olmasıdır. Sami ildə 6 milyon avro qazanır.

Qeyd edək ki, almaniyalının MLS klublarının birinə keçəcəyi daha inandırıcı görünür.