21:15 20-06-2020
news_image
154
DİGƏR NÖVLƏR

Assosiasiya prezidenti vəfat etdi

Avropa Atletika Assosiasiyasının (European Athletics) prezidenti Sven-Arne Hansen vəfat edib.

Apasport.az saytının məlumatına görə, norveçli mütəxəssis 75 yaşında ölüb.

Son vaxtlar sağlamlığında problemlər olan skandinaviyalı üç ay öncə insult keçirib. Həmin vaxt onun koronavirus testi də mənfi nəticə verib.

2015-ci ildən European Athleticsə rəhbərlik edən Hansen bundan əvvəl Norveç Atletika Assosiasiyasının prezidenti olub. O, 2003-15-ci illərdə bu quruma rəhbərlik edib.