21:22 20-06-2020
news_image
75
FUTBOL

Bundesliqada yeni rekord

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın futbolçusu Robert Levandovski bir mövsümdə ən çox qol vuran legioner adına yiyələnib.

XXXIII turun “Frayburq”la matçında (3:1) dubla imza atan polşalı hücumçu qol sayını 33-ə çatdırıb. Bununla da 31 yaşlı futbolçu Pyer-Emerik Obameyanqın rekordunu arxada qoyub. Qabonlu Dortmund “Borussiya”sında oynadığı 2016/17 mövsümündə 31 qol vurmuşdu.

Ümumilikdə isə Levandovski cari mövsümün bütün turnirlərində üst-üstə 41 oyunda 48 qol vurub. Bu da onun şəxsi rekordudur.