22:23 20-06-2020
news_image
114
FUTBOL

Nəhənglərdən rekordlar

Almaniya Bundesliqasının XXXIII turu bir sıra rekordlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, çempionatın nəhəngləri yeni nailiyyətlərə imza atıb.

Çempionluğu hələ ötən tur rəsmiləşdirən “Bavariya” ardıcıl 15-ci qələbəsini qazanıb. “Fraybuq”u 3:1 hesabı ilə yenən Münhen təmsilçisi bununla da Bundesliqa tarixində mütləq göstəricinin müəllifi olub.

XXXIII turdakı qələbə ilə gümüş medalları təmin edən Dortmund “Borussiya”sı isə klub tarixinin rekorduna imza atıb. “Leypsiq” üzərindəki 2:0 hesablı qələbədən sonra dortmundlular cari mövsüm bütün turnirlərdə vurulan qolların ümumi sayını 84-ə çatdırıb. Bu da klub tarixində yeni rekorddur. İndiyədək “Borussiya” ən yaxşı halda mövsümdə 82 dəfə fərqlənmişdi.