23:14 20-06-2020
news_image
253
FUTBOL

“Fənərbaxça”dan ikinci transfer

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Bucaspor”un futbolçusu Barış Sunqurun keçidini həll edib.

18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmanın imzalanması yaxın günlərdə rəsmən açıqlanacaq.

Bu, “Fənərbaxça”nın ikinci transferidir. Super Liqa klubu bunadək “Gölcükspor”dan İsmail Yüksəklə müqavilə bağlayıb.