
13:50
"Bernli" klubunu tərk edəcək iki futbolçunun adı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, qapıçı Co Hart və yarımmüdafiəçi Aaron Lennon mövsümün sonuna qədər komandada qalmağa razılıq verməyib. Müqavilə müddəti iyunun 30-dək olan İngiltərə millisinin sabiq üzvləri həmin tarixdən azad agent statusu alacaq və "Bernli" ilə vidalaşacaq.
Qeyd edək ki, cari mövsüm Co Hart 2, Lennon isə 16 oyunda iştirak edib.