12:36 21-06-2020
news_image
109
FUTBOL

Mane razılıq vermir - yeni müqaviləyə

"Liverpul"un hücumçusu Sadio Mane rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Apasport.az saytının məlumatına görə, "qırmızılar" onu hələ uzun müddət saxlamaqda maraqlı olsa da, Seneqal millisinin üzvünü heç cür razı sala bilmir.

Bu isə baş məşqçi Yurgen Kloppu narahat edir. Almaniyalı mütəxəssis hesab edir ki, PSJ və "Real"ın maraq dairəsində olan 28 yaşlı forvard ayrılmaq fikrinə düşə bilər. Mane, xüsusən də, "Real"a keçməkdə maraqlıdır.

Qeyd edək ki, Sadio Manenin "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.