13:19 21-06-2020
news_image
95
FUTBOL

"Tottenhem"in müdafiəçisinə təklif - "Roma"dan

"Tottenhem"in müdafiəçisi Yan Vertongen İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Roma" 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.

London klubu ilə müqavilə müddəti başa çatan Belçika millisinin üzvü mövsümün sonunda azad agent statusu daşıyacaq. Premyer Liqa təmsilçisində qalmayacaq Vertongenə "Roma" 2 illik müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Yan Vertongen 2012-ci ildən "Tottenhem"də çıxış edir.