14:38 21-06-2020
news_image
124
FUTBOL

İcarə müddəti artırıldı - "Real"ın futbolçusunun

"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqor müqavilə ilə məxsus olduğu "Real"a qayıtmayacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi San-Sebastyan klubunda qalacaq.

Klublar arasında bununla bağlı danışıqlar olub və tərəflər Norveç millisinin üzvünün daha bir il icarə əsasında "Real Sosyedad"da qalmasına razılaşıblar. "Kral klubu" mövsümün sonunda heyətində gəncləşdirmə siyasəti aparmaq fikrindən vaz keçib.

Qeyd edək ki, Martin Edeqor bu mövsüm 30 oyunda iştirak edib, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.