17:16 21-06-2020
news_image
118
FUTBOL

"Mançester Siti"nin futbolçusunu istəyir - Konte

"İnter" "Mançester Siti"nin müdafiəçisi Kayl Uolkerin xidmətində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı sağ cinah oyunçusu "neradzurra"nın prioritet hədəfidir.

Milan klubunun baş məşqçisi Antonio Konte şəxsən özü bu transferin reallaşmasında maraqlıdır. Ancaq "şəhərlilər" də İngiltərə millisinin üzvünü saxlamaq niyyətindədir. Uolker bu mövsüm 31 oyun keçirib, 1 qol, 4 assistlə yadda qalıb.

Qeyd edək ki, Kayl Uolkerin "Mançester Siti" ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.