19:27 21-06-2020
news_image
84
FUTBOL

Nazarovsuz qələbə - "Aue"dən

Almaniya Bundesliqa II-də XXXIII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" növbəti matçına çıxıb.

Adıçəkilən komanda 6-cı pillədə yer alan "Hannover"i qəbul edib. Yığmamızın üzvünün "18-liy"ə salınmadığı qarşılaşmada "Aue" 2:1 hesablı qələbəyə sevinib.

Bu qalibiyyət sayəsində xal sayını 44-ə çatdıran "Aue" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.