22:26 21-06-2020
news_image
187
FUTBOL

100-cü oyunda 46-cı qələbə - Lemparddan

İngiltərə Premyer Liqasının XXX turunda "Aston Villa" ilə keçirilən səfər oyunu "Çelsi"nin baş məşqçisi Frenk Lempard üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandası 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşma gənc mütəxəssisin baş məşqçi postunda 100-cü görüşü olub.

42 yaşlı çalışdırıcı həmin matçların 46-da qələbəyə sevinib. Bu qalibiyyətin 22-si "Çelsi"də, 24-ü isə "Derbi Kaunti"də yaşanıb.

Qeyd edək ki, Frenk Lempard "Çelsi"də ilk mövsümünü keçirir. London klubu hazırda Premyer Liqada 51 xalla 4-cü pillədə qərarlaşır.