23:14 21-06-2020
news_image
125
FUTBOL

İtaliya klubu ilə anlaşdı - Artur

"Yuventus" "Barselona"nın yarımmüdafiəçisi Artur Melodan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, "qoca sinyora" növbəti dəfə futbolçu və klubu ilə təmasa keçib.

Kataloniya təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən Braziliya millisinin üzvü artıq bu keçidə razılıq verib. Turinlilər hazırkı maaşı 5 milyon avro olan 24 yaşlı orta sahə oyunçusuna bunun ikiqatını ödəməyə hazırdır. "Yuve" indi bu transfer üçün La Liqa klubunu razı salmalıdır.

Qeyd edək ki, Artur Melo cari mövsüm İspaniya çempionatında 19 oyun keçirib, 3 qola imza atıb.