09:52 22-06-2020
news_image
100
FUTBOL

"Real" tarixinin 2-cisi oldu - Zidan

İspaniya La Liqasının XXX turunda "Real Sosyedad"la keçirilən oyun (2:1) "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis "kral klubu"nun sükanı arxasında 134-cü qələbəsinə sevinib.

Bununla Zizu madridlilərlə bütün yarışlarda ən çox qalibiyyətə sevinən ikinci çalışdırıcı ünvanını ələ keçirib. Siyahıya 357 qələbə ilə Migel Munyoz başçılıq edir. Zidanın rəhbərliyi altında "Real" 1 dəfə La Liqanın, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə İspaniya Superkubokunun, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, hazırda aktivində 65 xal olan "Real" La Liqaya başçılıq edir.