10:30 22-06-2020
news_image
72
FUTBOL

Fauler İngiltərəyə qayıda bilər - baş məşqçi kimi

"Liverpul"un sabiq hücumçusu Robbi Fauler İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssisin ölkəsinin klubuna rəhbərlik etmək variantı ortaya çıxıb.

Hazırda Avstraliyada "Brisben Roar"a başçılıq edən Faulerin xidmətində "Birmingem" maraqlıdır. Çempionşipdə mübarizə aparan komanda baş məşqçisi Pep Klotetlə mövsümün sonunda yollarını ayıracaq.

Qeyd edək ki, "Birmingem" hazırda Çempionşipdə 16-cı pillədə qərarlaşır.