12:49 22-06-2020
news_image
454
FUTBOL

Çexiyaya şərik çıxdı - Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqasında cəmi bir legioner baş məşqçi var.

Apasport.az saytının məlumatına görə, bu, “Sabah”ın çalışdırıcısı Jelko Sopiçdir.

Çempionatda əcnəbi mütəxəssislərin çəkisi 12,5 faizdir. CİES Futbol Observatoriyasının 128 liqa üzrə apardığı araşdırmalara əsasən Azərbaycan 90-cı yerdədir. Premyer Liqamız kimi İsveç və Çexiya çempionatlarında da legioner baş məşqçilər 12,5 faiz təşkil edir.

Ən çox legioner isə Səudiyyə Ərəbistanındadır – 93,8 faiz. BƏƏ (92,9) ikinci, Qətər (91,7) üçüncüdür.

14 liqada əcnəbi baş məşqçi yoxdur. İrlandiya, İslandiya, Yamayka, Şimali İrlandiya, Rumıniyada birinci, Braziliya, Fransa, Cənubi Koreya, Türkiyə, Meksika, Rumıniya, Serbiya, Slovakiya və Ukraynada ikinci liqada yalnız yerlilər çalışır.

“Böyük beşlik” liqalarından İngiltərədə 55, Almaniyada 33,3, Fransada 22,7, İtaliyada 20, İspaniyada 15 faiz əcnəbi var. Türkiyədə bu rəqəm 16,7-dir.