13:23 22-06-2020
news_image
258
FUTBOL

Daha bir yerli futbolçunun taleyinə aydınlıq gəlir - "Keşlə"də

"Keşlə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlmək üzrədir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Vüsal İsgəndərlinin komandada qalıb-qalmayacağı bu gün müəyyənləşəcək.

Dünən baş məşqçi Tərlan Əhmədovla görüşən 25 yaşlı hücumameyilli oyunçu komandada qalmaq istəyini gizlətməyib. Həmçinin çalışdırıcı da onu ixtiyarında görmək niyyətini çatdırıb.

Milli komandamızın üzvü bu gün klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcək. Məhz həmin danışıq zamanı yeni müqavilənin detalları müzakirə olunacaq. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Vüsal yeni müqaviləyə qol çəkəcək. Əks təqdirdə, yollar ayrılacaq.

Qeyd edək ki, "Keşlə" mövsümlərarası fasilədə artıq 3 futbolçu - Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasovla vidalaşıb.