13:56 22-06-2020
news_image
167
FUTBOL

31 yaşında karyerasını bitirdi - sabiq "Liverpul"lu

"Jalgiris"in hücumçusu David Nqoq karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə Litva klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, forvard 31 yaşında karyerasına son qoymaq qərarına gəlib. Bu ilin əvvəlində komandaya qoşulan fransalı Litva çempionatında iştirak etdiyi 2 oyunda 1 qola imza atıb.

Qeyd edək ki, David Nqoq karyerası ərzində PSJ (2006-2008) və "Liverpul" (2008-2011) kimi klubların formasını geyinib.