15:59 22-06-2020
news_image
222
FUTBOL

"Keşlə"də yeni müqavilə - İsgəndərli qaldı

"Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumameyilli futbolçu Premyer Liqanın bürünc mükafatçısının formasını geyinməkdə davam edəcək.

Bu gün klub rəhbərliyi ilə görüşən milli komandamızın üzvü aparılan müzakirələrdən sonra başa çatan müqavilə müddətini yeniləmək qərarına gəlib. Tərəflər arasında sözləşmənin uzadılması razılaşdırılıb. İsgəndərli geridə qalan mövsüm Premyer Liqada 20 oyun keçirib, 4 qola imza atıb.

Qeyd edək ki, buna qədər "Keşlə" 3 futbolçusu - Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasovla yollarını ayırıb.