17:51 22-06-2020
news_image
143
FUTBOL

38 yaşlı qapıçı ilə müqavilə bağladı - "Ayaks"

"Everton"un qapıçısı Martin Stekelenburq ilk klubu "Ayaks"a qayıdıb.

Apasport.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

38 yaşlı qolkiper amsterdamlılarla 1 illik müqavilə imzalayıb. Stekelenburq "Everton"la müqavilə müddəti başa çatdığı üçün "Ayaks"a azad agent kimi keçib.

Qeyd edək ki, 1997-ci ildə "Ayaks" akademiyasına cəlb edilən Martin Stekelenburq 2011-ci ilə qədər bu klubun formasını geyinib.