22:09 22-06-2020
news_image
648
FUTBOL

Baş məşqçisinin güvənmədiyi futbolçularla müqavilə imzaladı - “Keşlə”

Bakının “Keşlə” klubu dörd futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu oyunçularla anlaşmanın uzadılmasını açıqlayıb.

Premyer Liqanın bürünc mükafatçısı Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı və Vüsal İsgəndərlini heyətində saxlayıb. Onların hamısı ilə bir illik müqavilə imzalanıb.

Bunadək iki üzvü – Slavik Alxasov və Cabir Əmirli ilə vidalaşan “Keşlə”nin müqaviləni uzatdığı futbolçularla bağlı seçimi maraq doğurur. Düzdür, Vüsal 20 turun hamısında meydana çıxıb və 4 qol vurub. Digər oyunçular isə baş məşqçi Tərlan Əhmədova o qədər də lazım olmayıb. Tərlan 7, Azər 5 çempionat görüşündə şans qazanıbsa, Ruslan mövsümü ehtiyatda keçirib.