23:01 22-06-2020
news_image

Teymur Rəcəbovun potensial rəqibləri bilindi

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da çıxış etdiyi onlayn blits şahmat üzrə “Chessable Masters” turnirində A qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, dünya çempionu Maqnus Karlsen (Norveç) pley-off mərhələsinə qrup qalibi kimi çıxıb.

10 turda 6 xal toplayan skandinaviyalı ilə eyni göstəriciyə malik Vladislav Artemyev (Rusiya), həmçinin hərəyə 5 xal yığan Hikaru Nakamura (ABŞ) və Aleksandr Qrişuk (Rusiya) da qrup mərhələsini uğurla adlayıb. Bu 4 şahmatçı Teymurun növbəti mərhələdəki mümkün rəqibləridir. Lakin bunun üçün təmsilçimiz də qrupdan çıxmalıdır. Digər iki şahmatçı 5 xala malik Danil Dubov (Rusiya) və 3 xal yığan Pentala Harikrişna (Hindistan) mübarizəni dayandırıb.

B qrupunda ikinci dövrə isə sabah baş tutacaq. İlk 5 turda cəmi 1,5 xal yığan Rəcəbov hələlik sonuncudur. Bu qrupda Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Giri (Niderland) hərəyə 3, Fabiano Karuana (ABŞ), Din Liren (Çin) və Yan Nepomnyaşi (Rusiya) hərəyə 2,5 xala malikdir.