23:18 22-06-2020
news_image
73
FUTBOL

“Atalanta”dan 13,5 milyonluq transfer

İtaliyanın “Atalanta” klubu xorvatiyalı futbolçu Mario Paşaliçi transfer edib.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubuna məxsus olan 25 yaşlı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi Berqamo təmsilçisinə keçib.

Onun keçidi üçün London klubuna 13,5 milyon funt sterlinq ödənilib. Paşaliçlə 5 illik müqavilə razılaşdırılıb.