23:20 22-06-2020
news_image
161
FUTBOL

"Neftçi"nin futbolçusu özünə komanda tapdı

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son klubu “Neftçi” olub.