09:29 23-06-2020
news_image
2933
FUTBOL

"Neftçi" ona özünü dünyaya göstərmək imkanı verdi"

Karyerası ərzində ekzotik ölkələrdə çıxış etmiş çilili futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 5 oyunçunun yer aldığı siyahıya "Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales də düşüb.

35 yaşlı forvard məhz "ağ-qaralar"ın formasını geyindiyi üçün yerli KİV tərəfindən siyahıda olub. Bildirilir ki, Avropaya ilk dəfə "Sportinq" üçün yollanan Kanales Lissabon təmsilçisində ümidləri doğrultmayınca, ikinci dərəcəli ölkələrdə çıxış etməli olub: "Kanales Çilinin U-20 komandasında olanda futbolumuzun gələcək üçün maraqlı kəşflərindən idi. O, bir müddət Avropada çıxış edib, Çiliyə qayıtdı və 2012-ci ildə yenidən Avropa qapıları üzünə açıldı. "Neftçi" Kanalesə özünü dünyaya göstərmək imkanı verdi. Karyerasının ən uğurlu dönəmini məhz Azərbaycan klubunda keçirdi. Ölkə çempionu, bombardiri oldu, avrokuboklarda iştirak etdi və milli komandaya çağırıldı. Azərbaycandan sonra gəzdiyi axırıncı ekzotik ölkə isə Qazaxıstan oldu".

Kanaleslə yanaşı, ekzotik ölkələr gəzmiş digər çilililər Xorxe Akunya, Nikolas Medina, Efrain Araneda və Qonzalo Vaskesdir.

Qeyd edək ki, Nikolas Kanales 2012/13, 2014/15 və 2016-cı illərdə "Neftçi"nin formasını geyinib.