09:58 23-06-2020
news_image
1378
FUTBOL

"Zirə"də qalmadı - "Qarabağ"a "hə" dedi

"Zirə"nin qapıçısı Emil Balayev komandasını yenidən dəyişmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, bu ilin martında "Zirə"yə keçən 26 yaşlı qolkiper bakılılarla yeni müqavilə bağlamayacaq.

Doğrudur, rəhbərlik hələ yeni saziş təklif etməyib. Çünki bunun üçün ilk növbədə klubun növbəti mövsüm üçün büdcəsi təsdiqlənməlidir. Ancaq istənilən halda bakılılar Emilin tələbini qarşılayacaq gücdə deyillər.

Milli komandamızın üzvü isə "Qarabağ"dan aldığı sərfəli təklifə artıq ilkin razılığını verib. Əgər daha yüksək liqalardan cəlbedici təklif gəlməsə, Balayev "Qarabağ"a qayıdacaq.

Qeyd edək ki, Emil Balayev "Zirə"nin heyətində 1 matçda iştirak edib. O, 2016/17 mövsümünün bir neçə ayını "Qarabağ"da keçirib.