10:24 23-06-2020
news_image
208
FUTBOL

Yeni müqaviləyə salınan bənd - "Keşlə"dən gedə bilər

"Əziyyət çəkib avrokuboklara vəsiqə qazanmışıq. Avropa Liqasında da "Keşlə"nin heyətində olmaq istədim".

Bunu apasport.az saytına "Keşlə" ilə yeni 1 illik müqaviləyə qol çəkən Vüsal İsgəndərli deyib.

Hücumameyilli yarımmüdafiəçi sözləşməsini yeniləməsinə baxmayaraq, istənilən vaxt legioner həyatı yaşaya bilər. Bunun bağlı müqaviləyə əlavə bənd salınıb: "Həm rəhbərlik, həm də özüm "Keşlə"də qalmaqda maraqlı idim. İlk görüşdəcə ortaq məxrəcə gəldik, yeni müqavilə bağladım. Ancaq razılığımız belə oldu ki, ölkə xaricindən maraqlı təklif gəlsə və getmək fikrinə düşsəm, rəhbərlik mənə mane olmayacaq".

Qeyd edək ki, Vüsal İsgəndərli geridə qalan mövsüm Premyer Liqada 20 oyun keçirib, 4 qola imza atıb.