14:39 23-06-2020
news_image
153
FUTBOL

Götzeni istəyir - La Liqa klubu

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mario Götze İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Atletiko" ulduz futbolçunu transfer etmək niyyətindədir.

28 yaşlı orta sahə oyunçusu mövsümün sonunda Bundesliqa klubunu tərk edəcək və azad agent statusu daşıyacaq. Onun xidmətində maraqlı olan madridlilər üçün yeganə problem yüksək məbləğdə maaşının olmasıdır. La Liqa təmsilçisi Almaniya millisinin sabiq üzvünə illik 2 milyon avro maaş təklif edib. Götzenin "Borussiya"dakı məvacibi isə 10 milyon avro idi.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Bavariya"da çıxış edən Mario Götze karyerasının qalan hissəsini "Borussiya"da keçirib.