15:53 23-06-2020
news_image
87
FUTBOL

Əməliyyat olunacaq - Aquero

"Mançester Siti"nin hücumçusu Serxio Aquero əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə argentinalı superulduzun atası Lionel del Kastilyo məlumat verib.

O bildirib ki, Premyer Liqanın XXX turunda "Bernli" (5:0) ilə qarşılaşmada zədələnən 32 yaşlı forvardın dizində ağrılar bir həftə əvvəldən başlayıb. Atasının sözlərinə görə, Serxio bu həftə Barselonada əməliyyat olunacaq.

Qeyd edək ki, Serxio Aquero bu mövsüm 32 oyunda 23 qol vurub, 4 məhsuldar ötürmə verib.