16:25 23-06-2020
news_image
156
FUTBOL

Baş məşqçini istefaya göndərdi - Super Liqa klubu

Türkiyə klubu "Ankaragücü"də baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi çalışdırıcısı Mustafa Reşit Akçayı istefaya göndərib.

Super Liqa klubunun prezidenti Fatih Mərt bu qərarı qəbul etmələrinin səbəbi kimi, Akçayın "Trabzonspor"la bağlı səsləndirdiyi qeyri-etik fikirləri göstərib.

Qeyd edək ki, "Ankaragücü" 28 turdan sonra 24 xalla Super Liqada son pillədə qərarlaşır.