
10:18
“Dünən axşam “Mançester Siti”nin oyununa baxdım”.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.
Almaniyalı mütəxəssis Premyer Liqasnın “Mançester Siti” – “Bernli” oyunu (5:0) barədə fikirlərini açıqlayıb. Çempionatın liderinin çalışdırıcısı onu təəccübləndirən məqamı önə çəkib: “Baxdım və düşündüm: Bu necə ola bilər ki, onları 20 xal qabaqlayan komanda var? Biz dəqiq nəyisə düzgün etmişik”.
Qeyd edək ki, 30 turdan sonra “Liverpil”un 83, “Mançester Siti”nin 63 xalı var.