
10:50
İtaliyanın “Yuventus” klubu itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Mattia De Şilio sol ayağından xəsarət alıb.
A seriyasının “Bolonya” ilə dünən keçirilən oyununda (2:0) zədələnən futbolçu bir neçə həftə komandasına kömək edə bilməyəcək. 10 gün müalicə kursu keçəcək futbolçu sonra təkrar müayinə olunmalıdır.
Qeyd edək ki, Mattia cari mövsüm “Yuventus”un heyətində 12 oyun keçirib.