18:03 23-06-2020
news_image
481
FUTBOL

Vardi Runini məhkəməyə verdi - həyat yoldaşları arasında gərginlik

İngiltərəli ulduz futbolçular Ueyn Runi ilə Ceyms Vardinin həyat yoldaşları arasında gərginlik davam edir.

Apasport.az saytının məlumatına görə, Kolen Runi ilə Rebeka Vardi arasında məsələ artıq məhkəməlik olub.

Məsələ burasındadır ki, Kolen Rebekanı instaqram səhifəsindəki gizli paylaşımlarını "The Sun" nəşrinə satmaqda günahlandırır. Xanım Runi sosial şəbəkədəki parolunu yalnız Vardinin həyat yoldaşının bildiyini və şəxsi məlumatlarının da onun tərəfindən mediaya sızdırıldığını vurğulayıb.

Rebeka Vardi ilə bu ittihamın əsassız olduğunu açıqlayıb və böhtan atdığına görə, Kolen Runini məhkəməyə verib.