22:47 23-06-2020
news_image
129
FUTBOL

3 futbolçusunu satacaq - "Barselona"

"Barselona"nın yarımmüdafiəçisi Artur Melo "Yuventus"a keçməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı orta sahə oyunçusunun İtaliya klubuna keçidi artıq baş tutmaq üzrədir.

Çünki klublar arasında danışıq da müsbət məcrada davam edir. Tərəflər arasında ilkin anlaşmaya əsasən, kataloniyalılar transferdən 80 milyon avro qazanacaq. Braziliya millisinin üzvünün "qoca sinyora"da illik maaşının 5 milyon avro olması gözlənilir.

"Barselona" həmçinin hazırda icarə əsasında müvafiq olaraq "Bavariya" və "Şalke"də çıxış edən yarımmüdafiəçi Filipp Koutinyo ilə Jan-Kler Todibonu da transferə çıxarıb.