23:19 23-06-2020
news_image
129
FUTBOL

Villian razılaşdı - "Çelsi" ilə

"Çelsi"nin yarımmüdafiəçisi Villian müqavilə müddətinin sonunda komandanı tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı vinger mövsümün sonuna qədər "zadəganlar"da qalmağa razılıq verib.

Braziliya millisinin üzvü yalnız mövsüm başa çatdıqdan sonra azad agent kimi komandadan ayrılacaq. Hazırda onun xidmətində "Real", PSJ, "Arsenal", "Tottenhem" və "Mançester Yunayted" maraqlıdır.

Qeyd edək ki, Villian cari mövsüm 29 oyunda iştirak edib, 5 qol, 6 assitlə yadda qalıb.