23:29 23-06-2020
news_image
171
STOLÜSTÜ OYUNLAR

Erkən vida - Teymur Rəcəbovdan

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun çıxış etdiyi onlayn blits şahmat üzrə “Chessable Masters” turnirində qrup mərhələsinə yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan həmyerlimiz pley-off mərhələsinə yüksələ bilməyib. 

O, iki dövrənin - 10 turun yekununda 4,5 xalla 5-ci yeri tutaraq, yarışla vidalaşıb. Qrupdan pley-offa Aniş Giri (Niderland, 6 xal), Din Liren (Çin), Yan Nepomnyaşi (Rusiya, hər ikisi 5,5) və Fabiano Karuana (ABŞ, 5) vəsiqə qazanıb. Cəmi 3,5 xal toplayan Maksim Vaşye-Laqrav (Fransa) sonuncu olub. 

A qrupundan isə Maqnus Karlsen (Norveç) pley-off mərhələsinə qrup qalibi kimi çıxıb. 10 turda 6 xal toplayan skandinaviyalı ilə eyni göstəriciyə malik Vladislav Artemyev (Rusiya), həmçinin hərəyə 5 xal yığan Hikaru Nakamura (ABŞ) və Aleksandr Qrişuk (Rusiya) da qrup mərhələsini uğurla adlayıb. Digər iki şahmatçı 5 xala malik Danil Dubov (Rusiya) və 3 xal yığan Pentala Harikrişna (Hindistan) mübarizəni dayandırıb.