01:22 24-06-2020
news_image
100
FUTBOL

"Arsenal"da qalacaq - David Luiz

"Arsenal"ın müdafiəçisi David Luizin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü London klubunda qalmaq qərarına gəlib.

"Fənərbaxça" və "Benfika"nın maraq dairəsində olan 33 yaşlı futbolçu "topçular"ın yeni müqavilə təklifini müsbət cavablandırıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Qeyd edək ki, David Luiz "Arsenal"a ötən ilin yayında "Çelsi"dən keçib.