09:23 24-06-2020
news_image
113
FUTBOL

4 futbolçusu koronavirusa yoluxdu – Fransa klubunda

Fransanın “Tuluza” klubunun 4 futbolçusunda koronavirus aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, adları açıqlanmayan futbolçulardan ikisi bioloji nəzarətə alınıb.

Altı gündən sonra oyunçular və texniki personal yenidən testdən keçəcək. Hazırda komanda üzvləri arasında bütün təmaslar qadağan olunub.

Qeyd edək ki, Liqa1-də 2019/20 mövsümü koronavirusa görə yarımçıq başa çatdırılıb. Mövsümün nəticələrinə əsasən “Tuluza” aşağı dəstəyə yuvarlanıb.