09:33 24-06-2020
news_image
148
FUTBOL

Çin və İtaliyadan olan təkliflərdən imtina etdi – Hames Rodriges

İspaniyanın “Real” klubunun futbolçusu Hames Rodriges Çin və İtaliya klublarında oynamaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı kolumbiyalı yarımmüdafiəçinin özü açıqlayıb.

Rodriges bildirib ki, “Real”da kifayət qədər oyun praktikası qazanmamağından narazıdır: “Bacarığımı göstərə biləcəyim klubda oynamaq istəyirəm. Niyə oynamadığımla bağlı sualın cavabını mən də bilmək istəyirəm. İtaliyadan təklifim var idi. Lakin mənə uyğun olmadığını düşündüyüm üçün qəbul etmədim. Çin klubu “Real”a təklif göndərmişdi. Amma ora getmək istəmədim. Şərtlərdən asılı olmayaraq Çinə yollanmaq niyyətində deyiləm. Hiss edirəm ki, Avropa futbolunda çox şey edə bilərəm”.

Qeyd edək ki, cənubi amerikalının “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.