10:35 24-06-2020
news_image
244
FUTBOL

Dadaşovun daha bir rəqibi ayrılır - baş məşqçi Renata güvənir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" daha bir futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, hücumçu Leo Bonatini gələn mövsüm də Premyer Liqa təmsilçisinin heyətində yer almayacaq.

Hazırda icarə əsasında "Gimaraeş"də çıxış edən braziliyalı forvardı Portuqaliya klubu saxlamaq niyyətində deyil. Həmçinin "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santo da 26 yaşlı oyunçunun qaytarılmasını istəmir. Portuqaliyalı mütəxəssis gələn mövsüm ixtiyarında 3 ön xətt oyunçunun olmasını qətiləşdirib. O, komandadan getməyəcəyi təqdirdə Raul Ximenes, həmçinin Renat Dadaşov və Leonardo Kampanya ilə yeni mövsümə başlamağı planlaşdırır.

Qeyd edək ki, "Vulverhempton" hazırda 46 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşır.